...

SOCAR-ın nizamnamə kapitalı artırılacaq (ƏLAVƏ OLUNUB)

Energetika Materials 8 May 2015 14:17 (UTC +04:00)
Azərbaycan hökuməti Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi üzrə işlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nizamnamə kapitalını artıracaq.
SOCAR-ın nizamnamə kapitalı artırılacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 8 may /Trend/

Azərbaycan hökuməti Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) modernləşdirilməsi üzrə işlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nizamnamə kapitalını artıracaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, NEZ-in modernləşdirilməsi üzrə işlər Azərbaycan Mərkəzi Bankın kreditləri, eləcə də hökumətin yardımı hesabına maliyyələşdiriləcək.

R.Abdullayev qeyd edib ki, hökumət SOCAR-ın nizamnamə kapitalına vəsait yatıracaq ki, biz yenidənqurma işlərini apara bilək.

SOCAR-ın prezidenti əlavə edib ki, zavodun modernləşdirilməsi üzrə işlərin dəyəri bütün tenderlərin keçirilməsindən sonra müəyyənləşəcək: "Əvvəlki hesablamaya əsasən, layihənin ümumi dəyəri 1,2 milyard dollar olub, lakin indi qiymətlər dəyişib. Müəyyən tender prosedurları keçiriləcək. SOCAR-ın böyük bir qrupu bunun üzərində işləyir. Bunun üçün mənim rəhbərliyim altında komissiya yaradılıb. İşlər yüksək sürətlə gedir. Layihə üzərində xüsusi yaradıllmış komissiya işləyir. Komissiya layihənin gedişatı ilə bağlı hər həftə hökumətə məruzə edir".

O vurğulayıb ki, nizamnamə kapitalının artım həcmi keçiriləcək tenderlərin yekunları üzrə müəyyənləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti