...

BP-nin regional prezidenti: "Azəri-Çıraq-Günəşli" üzrə müqavilə gələn ay uzadılacaq (YENİLƏNİB)

Energetika Materials 31 May 2017 18:18 (UTC +04:00)
"Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun işlənməsi üzrə müqavilənin gələn ay uzadılacaq.
BP-nin regional prezidenti: "Azəri-Çıraq-Günəşli" üzrə müqavilə gələn ay uzadılacaq (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov - Trend:

Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənilməsinə müqavilə iyun ayında uzadılacaq. Trend-in məlumatına görə, bunu “BP”nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons jurnalistlərə bildirib.

O bildirib: “AÇG” blokunun işlənilməsinə dair müqavilə gələn ay uzadılacaq. İmzalanacaq saziş bu layihəyə yatırılacaq investisiyaların həcminin artırılmasına imkan verəcək".

Xatırladaq ki, 2016-cı ilin dekabrın ayının 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG-nin gələcək işlənməsi üçün niyyət məktubu imzalayıblar.

Bu razılaşma yataqlar blokunun 2050-ci ilədək işlənməsini əhatə edəcək və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əlavə edəcək.

Qeyd edək ki, niyyət məktubu AÇG-nin gələcək işlənməsi üçün əsas kommersiya şərtlərini razılaşdırır və tərəflərə növbəti bir neçə ay ərzində danışıqları başa çatdırmaq və tam razılaşdırılmış sazişləri yekunlaşdırmaq imkanı yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti