...

2020-ci ildə Dövlət Neft Fondunun gəlirləri artıb

Energetika Materials 10 Mart 2021 14:49 (UTC +04:00)
2020-ci ildə Dövlət Neft Fondunun gəlirləri artıb

Bakı. Fidan Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:

2020-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) vəsaitlərinin həcmi 43,564 milyard dollara bərabər olub. Bu 2019-cu illə müqayisədə 241 milyon dollar və ya 0,6 faiz çoxdur.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Manat hesabında Fondun vəsaitləri 409,7 milyon manat artaraq 73,489 milyard manat təşkil edib.

SOFAZ-ın neft-qaz müqavilələrinin reallaşdırılmasından gəlirləri 7,382 milyard manat, o cümlədən neft və qaz satışından 6,587 milyard manat, bonus ödəmələrindən 767,8 milyon manat, tranzit gəlirləri 20,4 milyon manat təşkil edib.

2020-ci ildə SOFAZ-ın büdcəsinin reallaşdırılması çərçivəsində dövlət büdcəsinə 12,2 milyon manat köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti