Mingəçevirdə respublikada elektrik enerjisinin yarısını hasil edən, ən iri elektrik stansiyalarından biri olan Azərbaycan SES-nin 6 enerji blokunun güüc 30 MVt artırılaraq 280 MVt-a çatdırılacaq.
Bu barədə Trend agentliyinə Azerenerji SC-nin mətbuat xidmətində bildirilib.Artırılmaya enerji blokunun qışa hazırlıq çərçivəsində başlanılmış təmirindən sonra nail olunacaq.
Azərbaycan SES-nin direktoru Şıxməmməd Aslanovun sözlərinə görə, blok yaxşı vəziyyətdədir.Amma gərgin qış fəslindən sonra bəzi detallar köhnəlib.Buna cörə də zəruri iş rejimində bəzi dəyişikliklərin edilməsi tələb olunur.
Hazırda AzSES-də 8 enerji blokundan 4-ü fəaliyyət göstərir. 5,6,7 saylı bloklar təmirə dayandırılıb, 4 saylı blok isə ehtiyatdadır.