...

AZƏRBAYCAN BEYNƏLXALQ ƏMƏLİYYAT ŞİRKƏTİ "AZƏRİ-ÇIRAQ-GÜNƏŞLİ" DƏN NEFT HASİLATINI ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ ARTIRIB

Energetika Materials 10 Oktyabr 2005 12:40 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında "Azəri"-"Çıraq"- "Günəşli" yatağında hasilat işləri aparan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) müqavilə sahəsindən 8,705 milyn. ton Azeri Light nefti hasil edib ki, bu da ötən ilin analoji dövründəkindən 3,96 min ton çoxdur.

2005-ci ilin yanvar-sentyabr aylarında ABƏŞ hasilatın ümumi həcmindən 5,238 milyn. tonunu "Çıraq" yatağından və 3,466 milyn. tonunu isə "Azəri"nin mərkəzi hissəsindən çıxarıb. ABƏŞ "Azəri"dən ilk neft hasilatına 2005-ci ilin 13 fevralından başlayıb.

ABƏŞ-dən Trend ə verilən məlumata görə, sentyabrdda şirkət AÇG-dən ("Azəri" üstəgəl "Çıraq") 1,335 milyn. ton neft hasil edib ki, bu da bu ilin iyuluna nisbətən 0,03 min ton və ötən ilin sentyabrına nisbətən 742 min ton çoxdur. 2005-ci ilin sentyabrında ABƏŞ "Çıraq"dan 563,4 min ton, "Azəri"dən 772 min ton neft hasil edib.

Xəbər lenti

Xəbər lenti