...

BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİNİN GÜRCÜSTAN HİSSƏSİNİN İNAUQURASİYASI KEÇİRİLİR

Energetika Materials 12 Oktyabr 2005 15:14 (UTC +04:00)

Baku-Tbilisi-Ceyhan (BTC)boru kəmərinin Gürcüstan hissəsinin Bugünki açılışı dünya bazarına yeni neft ehtiyatlarını çatdıracaq bu strateji baxımdan vacib olan enerji layihəsinin başa çatmasında böyük addımdır. Trend in məlumatına görə, bu barədə oktyabrın 12-də BTC Co boru kəməri şirkətinin yaydığı pres-relizdə bildirilib.

Sənəddə qeyd olunur ki, neftin Gürcüstandan tranzitinin qeyd olunması mərasimi Qardabani yaxınlığındakı BTC nasos stansiyasında bu ölkənin prezidenti Mixail Saakaşvili, Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Əhməd Necdət Sezər, BP Group-un icraçı direktoru Dayn Konn və rəsmi şəxslərin böyük qrupunun iştirakı ilə keçirilir.

"Bu ölçüdə layihə yalnız üç hökumətin, investorların və cəlb olunmuş tərəfdaş şirkətlərin sıx əməkdaşlığı sayəsində reallaşdırıla bilər. Ümumilikdə, yalnız Gürcüstanda ümumi investisiyaların həcmi $800 milyona yaxın olacaq", -deyə D. Konn bildirib.

Bu gün, həmçinin, Gürcüstan Milli muzeyində BTC-nın mədənin irsinin sərgisinin açılışı gözlənilir. Bununla yanaşı, Gürcüstanın "Lokomotiv" stadionunda bayram konserti keçiriləcək. Konsertdə Britanyianın Simply Red ansamblının iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti