...

ARDNŞ martda Novorossiyskdən 85 min ton neft satacaq

Energetika Materials 25 Fevral 2006 12:21 (UTC +04:00)

Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) martda Novorossiysk limanından 85 min ton həcmində bir tanker partiyasını satmağı planlaşdırır. Bubarədə Trend ə ARDNŞ-dən məlumat verilib. ARDNŞ-in nümayəndəsinin sözlərinə görə, neft partiyasının satışı üzrə tenderin gələn həftə elan edilcəyi ehtimal edilir. Tanker Novorossiysk terminalındakı 2-ci körpüdən yüklənəcək.

2005-ci ildə ARDNŞ Novorossiysk limanından 2004-cü ildəki 2,559 mln. tona qarşı 1,631 mln. tonn neft yükləyib. 2005-ci ilin dekabrında Novorossiyskdən yol salınan neft bir ay əvvəlki 167,2 min tona və 2004-cü ilin dekabrındakı 166,3 min tona qarşı 86,5 min ton təşkil edib. Bu ilin yanvarında Novorossiyskdən neft yola salınmayıb.

2005-ci ildə bütün şirkətlər arasında Glencore treyderi ARDNŞ-dən daha çox - 557 min tonn neft alıb, ikinci yeri 464 min tonla LUKOIL şirkəti tutur.

2006-cı ilin əvvəlindən ARDNŞ-dən aşağıdakı neft şirkətləri neft partiyası alıb:

Yanvar - Glencore Energy (85 min ton);

Fevral - Taurus Petroleum (140 min ton);

Fevral - Glencore Energy (60 min ton).

Xəbər lenti

Xəbər lenti