...

McDermott Caspian Contractors, Inc. Şirkətinin 2006-cı il fevralın 24-də baş vermiş insidentlə bağlı mətbuat üçün bəyanatı

Energetika Materials 3 Mart 2006 15:46 (UTC +04:00)

S. Rey MakDermott, S.A. şirkətinin Xəzər regionunda fəaliyyət göstərən filialı - MakDermott Kaspian Kontraktorz, İnk. (MKKİ) şirkəti 2006-cı il fevralın 24-də MKKİ-nin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun ərazisindəki istehsalat sahəsində baş verən insidentlə bağlı şərhlə çıxış edərək aparılan araşdırmanın ictimaiyyətin diqqətinə çatdırılması üçün bəyanatla çıxış ediblər.

Trend in verdiyi xəbərə görə, bəyanatda bildirilir: "Biz təsdiq edirik ki, işçi qüvvəmizin azərbaycanlı üzvləri ən azı birn azərbaycanlı ilə əlaqə saxlayıb, Xocalı soyqırımının 14-cü ildönümünə həsr olunmuş plakatların şirkətin məlumat lövhəsində asmaq niyyətində olduqlarını bildirmişlər. Bu xahiş fevralın 23-də edilmişdir və işçilərə müvafiq şəkildə bildirilmişdir ki, onlar bunun üçün öz bir başa supervayzerlərindən icazə almalıdırlar. İşçilər bunu etməmiş, əvəzində heç bir icazə olmadan plakatları 24 fevral tarixindlə normal iş saatlarından qabaq məlumat lövhəsinə vurmuşlar, lakin işçi personalı nümayəndələrinin sözlərinə görə, işçilər bundan dərhal sonra supervayzerlərdən icazə almaq niyyətində olmuşlar, Şirkətin məlumat lövhələri yalnız şirkətin əməliyyatlarına dair məlumatlar üçün nəzərdə tutulduğundan, şirkət tərəfindən dərc edilməmiş məlumatları almazdan əvvəl icazə alınmalıdır. Bu dünya miqyasında fəaliyyət göstərən S. Rey MakDermott şirkətinin bütün obyektlərində tətbiq edilən siyasətdir".

Bəyanatda bildirildiyi kimi, fevralın 24-də səhər sübhdən plakatlar asılan andan icazənin alınmasına qədər olan müddət ərzində plakatlarla bağlı iki qarşıdurma hadisəsi baş verdi. "Lakin biz plakatların məlumat lövhəsindən kobudcasına çıxarılması, sonra isə cırılaraq yerə atılıb tapdalanması ilə bağlı verilən xəbərləri təkzib edirik.

İşçilər tərəfindən mobil telefonlar vasitəsilə çəkilmiş fotoşəkillərin və videoyazıların nəzərdən keçirilməsi yolu ilə apardığımız ilkin araşdırmalardan sonra elə nəticəyə gəldik ki, lövhədən çıxarılarkən yalnız bir şəkil zədələnmişdir ki, bu yapışqanlı lentlə bərkidilmiş şəkil olmuşdur".

Bəyanatda daha sonra bildirilir: "MKKİ bu hadisə ilə bağlı dərhal bir sıra tədbirlər həyata keçirmişdir. Azərbaycanlı işçi qüvvələrinin müəyyənləşdirdiyi və hadisə ilə bağlı birbaşa əlaqəsi olan iki nəfər xarici supervayzer VDÖZ ərazisindən kənarlaşdırılmış və indi artıq onlar Azərbaycanı tərk etmişlər. MKKİ bu tədbiri könüllü şəkildə, hətta hökumət orqanlarının və işçi qüvvələrinin nümayəndələri ilə görüşməzdən əvvəl həyata keçirmişdi. Həmin supervayzerlərdən heç bir indi Azərbaycana nə MKKM işçisi, nə də S. Rey MakDermott şirkətinin hər hansı digər bir strukturunun işçisi qismində gəlməyəcəklər".

"Yaranmış vəziyyəti müzakirə etmək üçün fevralın 24-də VDÖZ-də keçirilmiş görüşdə Qarabağ rayonu İcra hakimiyyətinin başçısı və rayonun digər məsul işçiləri, ARDNŞ, eləcə də VDÖZ-nun rəhbərləri iştirak etdilər. Görüş zamanı Xəzər əməliyyatları üzrə vitse-prezident və baş menecer Dən Hauzer baş verdmiş hadisə ilə bağlı təəssüfləndiyini bildirərək şirkətin adından, həmçinin, şəxsən öz adından üzr istəmiş, şirkətin nəzərdə tutduğu cavab tədbirləri barədə məlumat vermişdir. Cənab Hauzerin və şirkətin səmimiliyi tamamilə aydın və şübhəsiz olduğundan istər üzrxahlıq, istərsə də görülmüş tədbirlər həmin bəyanatı iclasdan sonra bütün digər iş yoldaşlarına çatdıran işçi qüvvəsinin nümayəndələri də daxil olmaqla bütün görüş iştirakçıları tərəfindən qəbul olundu. Bundan sonra fevralın 24-də, təxminən saat 12.00-da VDÖZ obyektində iş bərpa olundu.

Bəyanatda bildirilir ki, bir şirkət olaraq bizim Xocalı faciəsinin miqyası və 26 fevral gününün Azərbaycanın tarixinə qara hərflərlə yazıldığı barədə yaxşı məlumatımız var. Xarici işçilərimizin və supervayzerlərin əksəriyyəti bundan yaxşı agahdırlar. Həmçinin, hadisə baş verməzdən qabaq şirkət müxtəlif mədəniyyətlərə hörmətlə yanaşmaq mövzusu ətrafında agahlığın artırılmasına həsr edilmiş təlim kursları təşkil etmişdi və həmin kursların məqsədi qarşılıqlı anlaşmanın gücləndirilməsindən ibarət idi. Heç şübhəsiz ki, belə təlim kurslarının keçirilməsi daha geniş miqyasda və böyük vüsətlə davam etməlidir. Yenə də fürsətdən iistifadə edərək biz bir daha Xocalı faciəsi ilə aəlaqədar olaraq azərbaycanlı işçilərimizin və bütün Azərbaycan xalqının dərdinə şərik olduğumuzu bildirir və hamıya dərin hüznlə başsağlığı veririk".

"Biz belə bir hadisənin MKKİ-də heç zaman təkrar olunmamasını təmin etmək üçün bütün səylərimizi səfərbər edəcəyik. Biz, ərazisində fəaliyyət göstərdiyimiz hər bir ölkənin adət-ənənlərinə, mədəniyyətinə və tarixinə olan hörməti artırmaq məqsədilə hazırda həyata keçirdiyimiz tədbirləri davam etdirəcəyik. Biz həmçinin, düzgünlüyə, ədalətli və etik davranışa, eləcə də Azərbaycanda və istənilən digər ölkədə mövcud olan bütün qanun və qaydalara riayət olunmasına sadiq qaldığımızı bəyan edirik. Biz bütün işçilərdən tələb edirik ki, bir-biri ilə ədalətlə və hörmətlə rəftar etsinlər və MKKİ-nin rəhbərliyi heç bir zaman özüunün azərbaycanlı və ya xarici vətəndaş olub-olmamasından asılı olmayaraq hər hansı işçisinin qeyri-düzgün davranışına dözməyəcək".

Bəyanatın sonunda bildirilir: "Biz təəssüflənirik ki, belə və digər ayrı-ayrı xoşagəlməz hadisələr baş verir. Lakinn bununla yanaşı biz Azərbayücanda əld etdiyimiz nailiyyətlərlə fərəhlənirik. Biz Azərpbaycanın neft və qaz sənayesinin inkişaf etdiyimizə görə fəxr edirik. Biz qürur hissi iləə bildiririk ki, minlərlə azərbaycanlı ölkədə və Xəzər regionunda ən yaxşı şərtlər əsasında və yüksək maaşlı işlə təmin etmişik. Biz qürur hissi ilə bildiriri ki, işçilərimizi peşə təlimi və ixtisaartırma kursları ilə təmin etmişik. Biz fəxr edirik ki, istehsal etdiyimiz məhsullar və göstərdiyimiz xidmətlər sifarişçilərimizin tələblərini və onların gözlədikləri nəticələri üstələyir. Biz şirkətimizin və işçilərmizin xeyriyyəçilik məqsədləri ilə göstərdikləri yardımla da fərəhlənirik. Ən başlıcası isə biz fəxr edirik ki, bütün bu nailiyyətlərin əldə olunması azərbaycanlı və xarici işçilərin birgə səyi nəticəsində mümkün olmuşdur. İnanırıq ki, biz maneələri dəf etmək və məqsədlərimizə nail olmaq üçün elə birgə iş nümayiş etdirmək bacarığına malimkik ki, əvvəlki nailiyyətlərimiz gələcəkdə birgə salışmaqla əldə edə biləcəyimiz nailiyyətlərlə müqayisədə kiçik görünəcək".

Xəbər lenti

Xəbər lenti