...

Azərikimya DŞ öz məhsulunun satış bazarlarının genişləndirilməsi üzərində işləyir

Energetika Materials 9 Mart 2006 18:31 (UTC +04:00)

2006-cı ilin yanvar-fevral ayları ərzində Azərikimya DŞ 158,9 min manat həcmində xalq istehlakı məhsulları istehsal edib. Şirkətdə Trend ə bildirilib ki, ümumilikdə, dövlət müəssisələrində istehsal göstəricisi 47,5% yüksəlib.

Bu dövr ərzində yüksək təzyiqli polietilen istehsalının artımı 52,3%, butadien 46,9%, butilen-izobutilen fraksiyası 64%, oksid propilen 19,7%, maye kaustik soda 12,3%, absolyutlaşdırılmış izopropil spirti 25,1% təşkil edib.

Dövlət strukturunda bildirilib ki, məhsulların böyük hissəsi Türkiyə, Rusiya, Gürcüstan, Türkmənistan, Özbəkistan, Ukrayna, İran, Litva və İraqa ixrac olunur.

"Hazırda DŞ məhsullarının satış bazarının genişləndirilməsi ilə bağlı mütəmadi işlər aparılır" -deyə Azərikimya şirkətində bildirilib.

2005-ci ildə Azərikimya DŞ pronozda nəzərdə tutulmuş 123,9 mln. manata qarşı 125,7 mln. manat həcmində məhsul istehsal edib. Bu dövr ərzində Azərikimya-nın tərkibinə daxil olan müəssisələrin əməkdaşlarının sayı 6943 nəfər təşkil edib.

Xəbər lenti

Xəbər lenti