...

Azərbaycan, Rusiya və İran enerji sisteminin sinxronlaşdırılmasında maraqlıdır

Energetika Materials 10 Mart 2006 19:52 (UTC +04:00)

Azərbaycan, Rusiya və İranın elektrik enerjisi sisteminin sinxronlaşdırılması layihəsi çərçivəsində artıq danışıqların iki raundu keçirilib. Bu layihədə olan bütün tərəflər layihənin həyata keçirilməsində maraqlı olduğunu bildirib. Bu barədə Trend ə "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib. Onun sözlərinə görə, İranda xüsusilə yay dövründə böyük həcmdə elektrik enerjisi çatışmamazlığı mövcuddur. Bu onunla bağlıdır ki, həmin ölkədə su üçün daha çox elektrik enerjisi, həmçinin çox enerji tutumuna malik böyük həcmdə hava kondisiyalaşdırılma tələb edən böyük qaldırıcı nasos stansiyaları vardır. Buna görə də İranda yay dövründə elektrik enerjisi çatışmamazlığı yaranır. Azərbaycan isə qış dövründə enerji çatışmamazlığına məruz qalır. "Buna görə də bizə çatışmamazlıqların aradan qaldırılması üçün paralel iş aparmaq sərfəlidir. Kifayət qədər elektrik enerjisi həcminə malik olan Rusiya elektrik enerjisini İrana satmaq istəyir" -deyə Əsgərov bildirib.

Bu layihənin həyata keçirilməsi üçün texniki-iqtisadi əsaslandırılma (TİƏ) hazırlanmalıdır. Bu gün Azərbaycanın mövcud şəbəkələri İrana elektrik enerjisi verilməsinə və oradan, Rusiyadan lazımi həcmdə alınmasına imkan yaratmır. Buna görə də Dərbənd-Yaşma və İmişli - Parsabad kimi şəbəkə obyektlərinin, eləcə də yarımstansyiaların inşası vacibdir.

Hazırda İranla Azərbaycan arasında mövcud buraxılış gücü yalnız blokadada olan Naxçıvan Muxtar Respublikasına (NMR) İrandan tədarük olunan elektrik enerjisi həcminin qaytarılmasına imkan verir.

Xəbər lenti

Xəbər lenti