...

Azərbaycan yanvarda elektrik enerjisinin idxalına görə $9 mln.-dan çox ödəyib

Energetika Materials 16 Mart 2006 18:03 (UTC +04:00)

2006-cı ilin yanvarında Azərbaycan 386,1 mln. kubmetr qaz idxal edib ki, bu da 2005-ci ilin yanvarı ilə müqayisədə 27,1% azdır. Bu barədə Trend ə Azərbaycan Dövlət statistika Komitəsində bildirilib. Azərbaycana təbii qazın tədarükçüsü Rusiyanın "Qazprom" şirkətidir. 2005-ci ildə qaz 1 min kubmetri $60 qiymətinə tədarük olunurdu. 2006-cı ilin əvvəlindən isə 1000 kubmetr qaz Azərbaycan üçün $110 qiymətinə başa gəlir.

Bu ilin yanvar ayı ərzində respublikaya $9560,7 min məbləğində 291,1 mln. kVt/s elektrik enerjisi idxal olunub. Tədarük olunan elektrik enerjisinin həcmi ötən ilin analoji dövrü ilə müqayiəsədə 63,4% azalıb və ümumi dəyəri 17,1%-ə çatıb. Hazırda Azərbaycana elektrik enerjisi Rusiya, İran və Gürcüstandan idxal olunur. Türkiyədən elektrik enerjisi blokadada olan Naxçıvan Muxtar Respublikası üçün idxal olunur.

Yanvar ayı ərzində sement klinkeri və sementin idxalı $4098,0 min məbləğində 85,9 min ton təşkil edib. Bu həcm ötən ildə olan həcmdən 50,7% çoxdur və 61,6% bahadır. İdxal olunan məhsulların ümumi həcmindən sement klinkerinin payına $2936,3 min (2005-ci ilin yanvarından 46,1% çox) məbləğində 62,3 min ton (2005-ci ilin yanvarından 32,1% çox) düşür. Sement 23,7 min ton (2005-ci ilin yanvarından 139,8% çox) $1161,7 min (2005-ci ilin yanvarından 121% çox) həcmində idxal olunub.

Xəbər lenti

Xəbər lenti