...

Natiq Əliyev: Hələlik Azərbaycanda AES-in inşasına zərurət yoxdur

Energetika Materials 30 Mart 2006 12:44 (UTC +04:00)

Bu gün Azərbaycan respublikada atom elektrik stansiyasının (AES) inşasına hazır deyil. Bu, həm layihənin yüksək qiyməti, həm də bir sıra digər səbəblərlə bağlıdır. Bu barədə Trend ə sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, həmin layihənin həyata keçirilməsi üçün bu sahədə hazırlanmış mütəxəssislər lazımdır. Bundan başqa, layihənin gerçəkləşdirilməsi MAQATE kimi beynəlxalq təşkilatların diqqətini Azərbaycana cəlb edəcək.

Nazirin sözlərinə görə, hazırda Azərbaycan öz energetika təhlükəsizliyini neft və qaz kimi enerji mənbələri hesabına təmin edib. N.Əliyev qeyd edib ki, buna görə də AES-in inşasından danışmaq hələ tezdir.

Xəbər lenti

Xəbər lenti