...

BTC neft kəməri əməliyyatlara başlamağa hazırdır

Energetika Materials 25 May 2006 17:03 (UTC +04:00)

Azərbaycan neftinin Bakı-Tiflis-Ceyhan boru kəməri ilə Ceyhan limanına çatmasına cəmi 40 km qalıb. Bu barədə Trend Türkiyə KİV-nə istinadən xəbər verir.

Neft saatda 2,5 km sürətlə axır və mayın 27-də Ceyhan limanına çatacaq. Elə o zaman da ilk neft tankerlərə yüklənəcək.

Boru kəmərinin rəsmi açılış mərasimi iyulun 13-də layihənin iştirakçı ölkələrin, o cümlədən 16 digər ölkə nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti