...

Qazaxıstanın BTC-yə qoşulmasına dair hökumətlərarası sazişin mətninin işlənməsi başa çatıb

Energetika Materials 6 İyun 2006 11:20 (UTC +04:00)

Qazaxıstan hökumətində ölkənin Bakı-Tiflis-Ceyhan boru kəmərinə qoşulması haqqında müqavilənin layihəsi ilə bağlı müşavirə keçirilib. Trend in Qazaxıstan baş nazirinin mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, xüsusi yaradılmış qrup sənədin mətni üzərində işləri başa vurub.

"Azərbaycan tərəfi artıq təqdim olunmuş variantla tanış olub və konseptual etirazı yoxdur. BTC müqaviləsi ölkəmizin maraqlarını tamamilə müdafiə edir", - deyə Qazaxıstanın baş naziri Danial Axmetov bildirib.

Sənəddə qeyd olunur ki, Qazaxıstanın BTC-yə qoşulması haqqında müqavilə

Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin iyunda dövlət başçıları səviyyəsində keçiriləcək sammitində imzalanacaq.

Xəbər lenti

Xəbər lenti