...

İran şəxsi neft emalı zavodlarının ehtiyacları üçün Qazaxıstan neftinin idxalını artırmağı planlaşdırır

Energetika Materials 8 İyun 2006 14:00 (UTC +04:00)

Tehran İranın neft emalı zavodlarının gücünün artırılması üçün neftin Qazaxıstandan tanker vasitəsilə daşınması fikrini dəstəkləyir. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün Bakıda keçirilən "Xəzər hövzəsinin neft-qaz əməliyyatlarının sabit inkişafı" konfransında İranın Neft nazirliyinin Xəzər məsələləri üzrə baş direktoru Mahmud Xaqani bildirib.

M.Xaqani qeyd edib ki, İranın bu layihəni dəstəkləməsinin səbəbi budur ki, İran neft emalı zavodlarının rəhbərləri öz müəssisələrinin gücünü artırmaq istəyirlər.

O deyib: "Məsələn, Təbrizdəki NEZ yaxın gələcəkdə gündə 50 min neft bareli emal edəcək. Zavod bu işə 2010-cu ildə başlayacaq".

Bununla yanaşı, İranın Neft nazirliyinin nümayəndəsi xatırladıb ki, Tehran Xəzər neft layihələrinin həyat qabiliyyətinin artırılması proqramına malikdir, və onun rellaşmasında qarşıya çıxan çətinliklərə baxmayaraq, Tehran regionda problemli məsələlərin həlli məsələsində mühüm əhəmiyyətə malikdir.

O, Neka limanını Fars körfəzinə gedən "qızıl darvazalar" adlandıraraq, deyib: "İran marşrutu - Xəzər neftinin dünya bazarlarına nəql olunmasının gələcək yollarından biridir".

M.Xaqani qeyd edib: "Bu liman 1.5 milyon neft barelini saxlamaq gücünə malikdir, bu gün burada neftin müxtəlif növləri qarışdırılıb və bu brend "Neka Brend" adlanır. Tehran Neka limanının gücünü artırır və terminalın özünü də genişləndirməyi planlaşdırır".

Xəbər lenti

Xəbər lenti