...

ARDNŞ avqustda Novorossiyskdan 60 min ton neft satacaq

Energetika Materials 6 İyul 2006 19:37 (UTC +04:00)

ARDNŞ Novorossiysk limanından 60 min ton Urals neftinin satışı haqqında tender elan edib. ARDNŞ-dən Trend ə verilən məlumata əsasən, partiyanın yüklənib göndərilməsi avqustun 29-30-na təyin olunub. Tenderə iyulun 12-də yekun vurula bilər.

2005-ci ildə ARDNŞ Novorossiysk limanından 1,631 mln. ton neft göndərib (2004-cü il 2,559 mln. ton).

2005-ci ildə Glencore ARDNŞ-dən ən çox neft alıb ( 557 min ton), ikinci yerdə isə LUKOIL durur ( 464 min ton).

2006-cı ilin əvvəlindən ARDNŞ-ın neft partiyalarını Novorossiysk limanından aşağıdakı şirkətlər alıb:

Yanvar - Glencore (85 min ton);

Fevral - Taurus Petroleum (140 min ton);

Fevral - Glencore (60 min ton);

May - Glencore (60 min ton);

İyun - Glencore (60 minton).

Xəbər lenti

Xəbər lenti