...

"Azərenerji" 2006-07-ci il qış dövründə elektrik enerjisinin istehsalı üçün kifayət qədər mazut ehtiyatına malikdir

Energetika Materials 11 Dekabr 2006 17:42 (UTC +04:00)

"Azərenerji" səhmdar cəmiyyəti hazırda 2006-07-ci il qış dövründə elektrik enerjisinin istehsalı üçün kifayət qədər mazut ehtiyatına malikdir. Bu barədə Trend ə "Azərenerji"nin baş mühəndisi Saleh Məmmədov məlumat verib.

Onun sözlərinə görə, mazut 2007-ci ilin əvvəlində Rusiyadan qaz idxalı həcminin azaldığı halda istifadə oluna bilər.

Rusiyadan alınan idxal qazı elektrik enerjisinin istehsalı üçün elektrik stansiyalarına gedir.

2006-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın daxili bazarında 1580,3 min ton həcmində mazut satılıb, bu isə 2005-ci ilin yanvar-oktyabr aylarındakı həcmdən 24,8% azdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-oktyabr ayları ərzində Azərenerji SC 1025,6 min ton mazut alıb. Azərbaycanın daxili bazarında 1 ton M-40 mazutunun topdan satış qiyməti (təchizat xərcləri və ƏDV nəzərə alınmaqla) 77,88 AZN təşkil edir.

Xəbər lenti

Xəbər lenti