...

2007-ci ildə "Azəriqaz" kapital qoyuluşlarının həcmini 2006-cı ildəki səviyyədə saxlamağı planlaşdırır

Energetika Materials 14 Fevral 2007 11:33 (UTC +04:00)

"Azəriqaz" Səhmdar Cəmiyyəti 2007-ci ildə kapital qoyuluşlarına keçən ilki məbləğdə vəsait yönəltməyi planlaşdırır. "Azəriqaz"ın prezidenti Əlixan Məlikovun Trend ə bildirdiyinə görə, 2006-cı ildə 14 mln. manat nəzərdə tutulmuşdu, halbuki, bu vəsaitlər cəmi 60-70% mənimsənilib.

Ə.Məlikov bildirib: "Hazırda proqram hazırlanır, lakin birmənalı şəkildə 2006-cı ildə nəzərdə tutulan vəsaitdən az olmayan məbləğdə investisiyalar həyata keçirilməsi planlaşdırılır".

Onun sözlərinə görə, kapital qoyuluşlarına dair məlumatlar "Azəriqaz"ın gəlir və xərclər smetasında konkretləşdirilir, lakin bu sənəd hələ hazır deyil.

Hər il Nazirlər Kabineti tərəfindən iri vergi ödəyicilərinin gəlir və xərclər smetası təsdiqlənir, bu sırada Bakı metropoliteni, "Azərkimya" Dövlət Şirkəti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "AZAL" Dövlət Konserni, "Azərsu" SC, Kaspar, "Azəriqaz" SC, ADDY, ARDNŞ və "Azərenerji" SC var.

Bundan sonra il ərzində təsdiq olunmuş qrafik üzrə onlar tərəfindən öz büdcələrini yerinə yetirimələrinə dair monitorinq keçirilir.

Xəbər lenti

Xəbər lenti