...

Ekspert: Azərbaycanın ictimai rəyi yüksək neft gəlirlərini gözləmək fikrindən azad olub

Energetika Materials 19 Fevral 2007 16:00 (UTC +04:00)

Azərbaycan əhalisi neftdən gələn yüksək gəlirlərin onların sosial həyatına təsir edəcəyinə ümid bəsləmir. Trend in məlumatına əsasən, bu barədə politoloq Rasim Musabəyov Sahibkarlığa və Bazar İqtisadiyyatına Dəstək Fondunun keçirdiyi "Azərbaycan: Əhalinin neft gəlirlərilə bağlı gözləntiləri və onların hökumət tərəfindən xərclənməsi" sosial sorğu layihəsinin bu gün keçirdiyi təqdimatında məlumat verib.

Ekspertin sözlərinə görə, sorğu 18 yaş və ondan yuxarı yaşlılar arasında Azərbaycanın 15 rayon və 12 şəhərində keçirilib. Respondentlər hesab edir ki:

- Neft gəlirləri Azərbaycana bir sıra problemlərin həllində kömək edə bilər və şəxsi rifahın yüksəlməsinə gətirib çıxara bilər - 43,5%,

- Neft gəlirləri ola bilsin ki, ölkənin inkişafını sürətləndirəcək, lakin mənim rifahıma təsir etməyəcək - 38,9%,

- Neft gəlirlərindən nə dövlət üçün, nə də şəxsən özüm üçün heç bir xeyir görmürəm - 14,4%.

Neft gəlirlərinin əsas hissəsinin ADNŞ-də saxlanılmasına gəlincə,

- bu düzgün qərardır, bilirəm və təqdir edirəm - 25,6%,

- Fond haqqında eşitmişəm, lakin bilmirəm bu nəyə lazımdır - 52,4%,

- bu barədə ilk dəfədir eşidirəm, buna görə də heç nə deyə bilmərəm - 22%.

Rasim Musabəyovun sözlərinə görə, sorğunun nəticələri respondentlərin nəinki neft gəlirlərinin həcmi və keyfiyyəti məlumatı barədə narazıdırlar, həmçinin onun həqiqətə uyğun olmasına da narazıçılğını birdirməsini göstərib. Ekspertin fikrincə, müvafiq dövlət strukturlarının fəaliyyətinin nəzərə çarpacaq dərəcədə şəffaflığını artırmaq və onların ictimaiyyətlə əlaqələrini yaxşılaşdırmaq lazımdır.

İctimaiyyət neft müqavilələrinin imzalanması dövrünə xarakterik olan bütün problemələrin həllinə yardım edəcək gözləntilərindən azad olub. İnsanların əksəriyyəti artan neft gəlirlərinin dövlət üçün əhəmiyyətini dərk edir, lakin illyuziya və başqasının hesabına yaşamaq fikrindən azad olaraq.

Xəbər lenti

Xəbər lenti