...

ADNŞ "Şahdəniz" yatağından qazın əldə olunması üçün boru kəməri tikintisinin başa çatma müddətini elan edib

Energetika Materials 19 Fevral 2007 17:24 (UTC +04:00)

48 düymlük yüksək təzyiqli yeni 47 kilometrlik qaz kəmərinin tikintisi "Şahdəniz" yatağından qazın Azərbaycanın milli qaz nəqliyyatı sisteminə daxil olmasına imkan verəcək. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətindən (ADNŞ) məlumat verilib.

Yeni Səngəçal-Kalmaz qaz kəmərinin çəkilməsi üzrə iş martın sonuna qədər tamamlanacaq. Bu boru kəmərinin çəkilməsi yeni Səngəçal-Hacıqabul qaz kəmərinin tikintisinin birinci hissəsidir.

ADNŞ-də qeyd olunub ki, hazırda Kalmaz-Hacıqabul qaz kəmərinin tikintisi davam edir. Bütün 47 kilometrlik xəttin tikintisini iyun ayında başa çatdırmaq planlaşdırılıb.

Tikinti ADNŞ-nin Qaz Departamentinin sifarişi ilə həyata keçirilir. Layihə üzrə podratçı "Xəzərdənizneftqaztikinti" tikinti tresti çıxış edir. Subpodratçılar AzFEN şirkəti və həmin trestin 2 saylı tikinti-montaj idarəsidir.

Xəbər lenti

Xəbər lenti