...

Azərabaycanda elektrik enerjisi istehsalının göstəriciləri

Energetika Materials 6 Mart 2007 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ 2007-ci ilin fevral ayı ərzində "Azərenerji" SC-də 1,025 mlrd. kVt/saatdan çox enerji istehsal olunub. Bu barədə məlumatı səhmdar cəmiyyətin mətbuat xidmətindən veriblər. 2006-cı ilin müvafiq dövründə isə 2 mlrd. 238 mln. kVt/saat enerji hasil olunub.

Cari ilin fevral ayında istehsal olunan enerjinin 1,865 mlrd. kVt/saatı istilik elektrik stansiyalarının payına, 0,16 mlrd. kVt/saatı isə su elektrik stansiyalarının payına düşüb.

Qonşu ölkələrdən də enerji sisteminə daxilolmalar olub. Rusiyadan 33 mln. kVt/saat, İrandan 38 mln. kVt/saat, Türkiyədən 3 mln. kVt/saat, Gürcüstandan isə 7 mln. kVt/saat elektrik enerjisi alınıb. Ötən il isə bu göstərici müvafiq olaraq Rusiyadan 80,68 mln. kVt/saat, İrandan 64,486 mln. kVt/saat, Türkiyədən 40,84 mln. kVt/saat olub.

Xəbər lenti

Xəbər lenti