...

Azərbaycanda bitum istehsalı nəzərə çarpacaq dərəcədə artıb

Energetika Materials 7 Mart 2007 17:55 (UTC +04:00)

Azərbayacan, Bakı/ Trend müxbir S.Əliyev/ Yanvar-fevral aylarında Azərbaycanda 14,16 min ton bitum istehsal olunub. Bu rəqəm proqnozdan 34,9 faiz, 3,66 min ton çoxdur. Bu barədə məlumat Dövlət Neft Şirkətindən verilib.

Ötən ilin müvafiq dövründə isə bitum istehsalı bu ilin göstəricilərindən 9,95 min ton, 3,4 dəfə azdır.

2005-ci ildə bitum istehsalı 128,34 min ton, 2006-cı ildə isə 161,94 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti