...

VR Azərbaycan "Şahdəniz"də növbəti quyunun istismar vaxtını müəyyənləşdirib

Energetika Materials 27 Mart 2007 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend S.Əliyev/Hökumətdən verilən məlumata görə, VR Azərbaycan apreldə "Şahdəniz" qaz yataqlarında 3-cü ötürücü quyunu istismara verəcək. Sonra 4-cü quyu istismara veriləcək. Bu iki quyunun istismara buraxılmasından sonra VR Azərbaycan birinci quyuda işə qayıdacaq. Birinci ötürücü quyu qazın azalması nəticəsində dayandırılmışdı.

"Mərhələ-1" layihəsi çərçivəsində "Şahdəniz"də istehsal ildə 8,6 mlrd. kub metr -ə çatacaq. 2007-ci ildə "Şahdəniz"dən 2,8 mlrd.kub metr qaz alınacaq.

Xəbər lenti

Xəbər lenti