...

Azərbaycan Dövlət Neft Şirkətinin neft partiyası ilk dəfə olaraq VLCC tankeri ilə göndərilib

Energetika Materials 5 Aprel 2007 16:23 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Martın sonunda Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) neft partiyası Ceyhan terminalından ilk dəfə olaraq VLCC (very large crude carrier) tipli tankerlə göndərilib. Bu barədə ADNŞ-dən məlumat verilib.

1 mln. 593 min 170 barrel həcmində partiya Ceyhana Bakı-Tfilis-Ceyhan boru kəməri vasitəsilə gətirilib. Bu neft partiyasının alıcısı İsveçrənin Adax BV şirkətidir. Bu neft partiyası Cənubi Koreyaya göndərilib.

VLCC tipli tankerlər 160 min tondan 320 min tonadək neft daşımaq qabiliyyətindədir.

Xəbər lenti

Xəbər lenti