...

Azərbaycan Gürcüstana qaz idxalı həcmini azaldıb

Energetika Materials 20 Aprel 2007 14:12 (UTC +04:00)
Azərbaycan Gürcüstana qaz idxalı həcmini azaldıb

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycan "Şahdəniz" yatağından hasil olunan və Gürcüstana Cənubi Qafqaz qaz kəməri vasitəsilə çatdırılan qaz idxalı həcmini azaldıb. Bu barədə hökumətdən məlumat verilib.

"Növbəti günlərdə çatdırmalar daha da azaldılacaq" - deyə hökumətdən bildirilib.

Boru kəmərində təmir işlərinə görə Rusiya qazının çatdırılmasının müvəqqəti dayandırılması ilə əlaqədar olaraq aperiln 16-dan etibarən üç gün ərzində Gürcüstana artırılmış qaz həcmi çatdırılıb.

Gürcüstanın 2007-ci ildə "Şahdəniz" yatağından 1000 kub metrə görə 63 dollar qiymətinə əldə edəcəyi zəmanətli həcm 250 mln. kub metr təşkil edəcək. Əlavə həcmlər və onların dəyəri danışıqların predmetidir.

Yanvar-mart aylarında "Şahdəniz"dən 172,25 mln. kub metr qaz (proqnozdan 23 faiz çox) hasil olunub. Martda yataqda 115,34 mln. kub metr qaz hasil olunub. Hər sutka "Şahdəniz" yatağından 5,1 mln. kub metr qaz və 12 min barrel qaz kondensatı hasil olunur. "Şahdəniz"in işlənməsi üzrə layihənin "Mərhələ-1" çərçivəsində plato mərhələsində ildə 8,6 mlrd. kub metr qaz hasil olunacaq. 2007-ci ildə "Şahdəniz"dən 2,8 mlrd. kub metr qaz hasil olunacaq.

Xəbər lenti

Xəbər lenti