...

Azərbaycanın Gəncə şəhərində qaz sayğaclarına kütləvi müdaxilə faktları aşkarlanıb

Energetika Materials 23 Aprel 2007 17:38 (UTC +04:00)

Azərbaycan, Gəncə /müxbir Trend V.Məmmədov/Gəncə şəhər Qaz İstismarı İdarəsinin keçirdiyi reyd nəticəsində şəhərdə qaz sayğaclarına kütləvi müdaxilə faktları aşkarlanıb. Gəncə şəhər Qaz İstismarı İdarəsinin rəis müavini Şubay Nəsibovun bazar ertəsi verdiyi məlumata görə, üç günlük reyd nəticəsində 30-dan çox müdaxilə faktı qeydə alınıb. Ümumilikdə isə 300-dən çox abonentin qaz sayqacları nəzarətdən keçirilib.

Nəsibovun sözlərinə görə, həmin abonentlərə cərimə tətbiq edilib. "Həmin sakinlər yeni sayğacları öz vəsaitləri hesabına alacaqlar", - deyə o bildirib.

Azərbaycanın Gəncə şəhəri paytaxt Bakıdan 360 kilometr qərbdə yerləşir. Azərbaycanın ikinci ən böyük sənaye şəhəri sayılır. Əhalisi 400 minə yaxındır.

Xəbər lenti

Xəbər lenti