...

ARDNŞ mütəxəssisləri Moldovada axtarış-kəşfiyyat işlərinin davam etdirilməsini məqsədəuyğun sayırlar

Energetika Materials 25 Aprel 2007 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanlı mütəxəssislər Moldovanın Pridobruj çökəkliyi ərazisində axtarış-kəşfiyyat işlərinin davam etdirilməsini və burada ilk növbədə yeni texniki-metodik səviyyəsində seysmik işlərin aparılmasını məqsədəuyğun sayıblar. Bu barədə ARDNŞ-dən məlumat veriblər.

ARDNŞ-in geologiya və geofizika şöbəsinin rəisi Arif Nəzərovun rəhbərlik etdiyi mütəxəssislərdən ibarət nümayəndə heyəti Moldovaya səfər edib və burada neft-qaz kəşfiyyatı ilə məşğul olan moldovalı mütəxəssislərlə görüş keçiriblər. Mütəxəssislərimiz həmçinin neft və qaz ehtiyatları baxımından perspektivli hesab olunan ölkənin cənub bölgəsinə baş çəkiblər.

Qeyd edək ki, Azərbaycan mütəxəssislərinin Moldovadakı neft-qaz yataqlarında axtarış-kəşfiyyat işlərində iştirakı ilə bağlı qərar Azərbaycan prezidentinin Moldova baş naziri ilə görüşündə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti