...

Caspian Drilling Company "Şahdəniz" yatağındakı qiymətləndirmə quyusunda qazmanı başa çatdırır

Energetika Materials 25 İyul 2007 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/Avqust ayında "Şahdəniz" qaz-kondensat yatağında SDX-4 quyusunun yan lüləsinin qazılması başa çatdırılacaq. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Yan lülənin layihə dərinliyinə çatmaq üçün 150 metr qalıb. Hazırda quyunun dərinliyi 6600 metr təşkil edir.

Caspian Drilling Company BM (ARDNŞ - 55 faiz, Transocean ink - 45 faiz) geoloji araşdırma üzrə birinci yan lülə özünü doğrultmadıqdan sonra ikinci yan lülənin qazılmasına başlayıb. Qazma "İstiqlal" qurğusundan həyata keçirləcək.

Yan lülənin qazılması 4050-4100 metr dərinlikdən həyata keçirilir. Onun uzunluğu təqribən 2700 metr təşkil edir. Mütəxəssislərin qiymətləndirməsinə əsasən, yan lülənin qazılması yeni quyu qazılmadan yatağın ehtiyatları barədə əlavə məlumat almağa imkan verəcək.

"Şahdəniz" layihəsinin işlənilməsi barədə razılaşma 4 iyun 1996-cı ildə imzalanıb. Müqavilənin iştirakçıları: BP (operator) -25,5 faiz, Statoil - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, ARDNŞ - 10 faiz.

Xəbər lenti

Xəbər lenti