...

Toxumçuluq və bitki mühafizə vasitələri mövzusunda seminar keçirilib (FOTO)

Maliyyə Materials 18 Mart 2019 18:07 (UTC +04:00)

Bakı. Trend:

Toxumçuluq və bitki mühafizələri sahəsində elmi-praktiki konfrans keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, konfrans agentliyin, Azərbaycan Aqronomlar İttifaqı və “HH-Group” şirkətinin təşəbbüsü ilə keçirilib.

Tədbirdə “bitki mühafizə vasitələrinin və gübrələrin rasional istifadəsi yolu ilə bitkinin və torpağın aqrokimyəvi yükünün azaldılması”, “tərəvəz toxumlarının keyfiyyət göstəriciləri” və “xarici bazarlarda bitkiçilik məhsullarının rəqabətliyinin artırılması” məsələləri müzakirə olunub.

Seminarda Rusiya, Hollandiya və Türkiyəli mütəxəssislər ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin və müvafiq qurumların əməkdaşları, o cümlədən sahibkarlar da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti