...

COP29 tədbirində beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlər müzakirə olunacaq

Yaşıl iqtisadiyyat Materials 12 Noyabr 2024 12:39 (UTC +04:00)
COP29 tədbirində beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlər müzakirə olunacaq

Bakı. Trend:

Noyabrın 20-də COP29-un Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksəksəviyyəli panel müzakirəsi keçiriləcək.

Trend xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir hökumət rəsmilərini, sənaye liderlərini və maraqlı tərəfləri beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlərlə bağlı dialoq aparmaq üçün bir araya gətirəcək.

Panel müzakirəsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 2050-ci ilə qədər beynəlxalq aviasiya üçün “Xalis Sıfır” (Net Zero) karbon emissiyasına nail olmaq məqsədini özündə ehtiva edir.

Tədbir barədə ətraflı məlumatı bu linkdən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti