...

Azərbaycan Dünya Poçt İttifaqından 50 min dollardan çox vəsait ala bilər

Telekommunikasiya Materials 11 Oktyabr 2007 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Bu il Azərbayacan Dünya Poçt İttifaqından (DPİ),1999-cu ildə yaradılmış DPİ-nin keyfiyyətin artırılması xüsusi fondunun vəsaitləri hesabına, 50 min dollardan çox vəsait ala bilər.

Sənaye cəhətdən inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələrə yönəldilmək üçün korrespondensiyaya proporsional olaraq, fonda pul vəsaitləri ayrılır.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt bölməsinin rəhbəri Novruz Məmmədov cümə axşamı bildirib ki, alınacaq vəsaitlər daşınmalar üçün avtonəqliyyat vasitələrinin alınması yolu ilə ölkənin poçt sahəsinin inkişafına yönəldiləcək. Avtomobillərin 2008-ci ilin birinci rübündə alınması planlaşdırılır.

"50 min dollar yalnız proqnozdur. Məbləğ az yaxud çox ola bilər",-deyə o söyləyib.

Bunun üçün DPİ-yə ilin sonuna qədər layihə təqdim olunmalı və təşkilat həmin layihəni bəyənməlidir. 2005-ci ilin dekabrında, ölkədaxili poçt daşımalarında istifadə olunmaq üçün, Azərpoçt DM-ə 7 maşın alınıb.

Xəbər lenti

Xəbər lenti