...

Avropa Poçt Tənzimləyiciləri Komitəsi rəhbərinin Bakıya ilk səfəri

Telekommunikasiya Materials 3 Dekabr 2007 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Avropa Poçt Tənzimləyiciləri Komitəsinin (The European Committee for Postal Regulation (CERP)) sədri Jan - Lyuk Dyutordua (Jean-Luc Dutordoit) ilk dəfə olaraq Bakıya gəlib. Bazar ertəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları nazirliyindən verilən xəbərə görə, CERP rəhbərinin səfərinin məqsədi bu təşkilatın dekabrın 5 - dən 6 - dək Bakıda keçiriləcək 37 - ci plenar icalında iştirak etməkdir. Sessiyanın açılışında Azərbaycan Rabitə Nazirliyi rəhbərliyinin iştirakı gözlənilir. Səfər çərçivəsində, Dyutorduanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov və nazirlik şöbələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsi məsələlərinə dair görüşləri planlaşdırılıb. Ümumilikdə Azərbaycana CERP - in 25 ölkəsini təmsil edən 50 - dən çox iştirakçı gələcək. Dekabrın 4 - də isə, Bakıda CERP - in "təcrübəli tənzimləmə" Komitəsinin yığıncağı keçiriləcək. Azərbaycan 2001 - ci ildən CERP - in üzvüdür. CERP Avropa Konfransının Poçt və Əlaqə Administrasiyasının (CEPT) 3 Komitəsindən biridir.

Xəbər lenti

Xəbər lenti