...

Azərbaycanda İT məhsulları istehsalının və göstərilən xidmətlərin həcmi 13,7 faiz artıb

Telekommunikasiya Materials 20 Yanvar 2010 12:54 (UTC +04:00)
Azərbaycanda İT məhsulları istehsalının və göstərilən xidmətlərin həcmi 2009-cu ilin yekunlarına görə 1,1 milyard manat təşkil edib ki, bu da 2008-ci ilin göstəricisindən 13,7 faiz çoxdur.

Azərbaycan, Bakı, 20 yanvar / Trend , müxbir H.Vəliyev/

Azərbaycanda İT məhsulları istehsalının və göstərilən xidmətlərin həcmi 2009-cu ilin yekunlarına görə 1,1 milyard manat təşkil edib ki, bu da 2008-ci ilin göstəricisindən 13,7 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Göstərilən dövr ərzində, ötən ilin yekununa görə sayı 22,8 min nəfər olan rabitəçilərin orta aylıq əməkhaqqıları 16 faiz artırılaraq 432,5 manat təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti