...

"Samsung" şirkəti tərəfindən "Nokia"nın alınması inandırıcı deyil - MDB üzrə marketinq meneceri

Telekommunikasiya Materials 13 İyun 2011 15:15 (UTC +04:00)
"Samsung" şirkəti üçün hər hansı şirkətə birləşmə və başqa şirkətin alınması siyasəti xarakterik deyil.
"Samsung" şirkəti tərəfindən "Nokia"nın alınması inandırıcı deyil - MDB üzrə marketinq meneceri

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir H.Vəliyev/

"Samsung" şirkəti üçün hər hansı şirkətə birləşmə və başqa şirkətin alınması siyasəti xarakterik deyil. Bu barədə Trend-ə bazar ertəsi "Samsung Electronics" şirkətinin kommunikasiya texnologiyaları departamentinin MDB üzrə marketinq meneceri İlya Fedotov "Samsung Electronics"in "Nokia" şirkətini alması barədə şayiələri şərh edərkən deyib.

Fedotovun sözlərinə görə, "Samsung Electronics" "Nokia" və ya "Google" və "Microsoft"un etdiyi kimi, heç vaxt alışa çoxmilyonlu investisiyalar qoymayıb.

"Samsung Electronics"in əsas fəaliyyət istiqaməti öz texnologiyalarının inkişafıdır, "Nokia"nın alınması üçün böyük xərclər lazım olacaq, bu isə inandırıcı deyil", - Fedotov bildirib.

Onun sözlərinə görə, 2011-ci il "Samsung Electronics"in mobil seqmenti üçün dönüş ili olub. Bunun əsasları ötən il yeni nəsil planşet qurğuların və smartfonların buraxılışı ilə qoyulub.

"Qlobal oyunçular arasında biz bu gün "Nokia" şirkəti ilə rəqabət aparırıq. "Nokia"dan fərqli olaraq, bizdə kütləvi və büdcə seqmenti sabitdir. Güman edirəm ki, bu il geniş portofilo hesabına mobil sahədə lider yer tutmaq üçün real imkanımız var", - Fedotov qeyd edib.

Ekspertin fikrincə, hazırda smartfonlar bazarı çox güclü inkişaf edir, bunun sayəsində "Samsung Electronics" şirkəti liderlər sırasına çıxa bilib. "Belə balanslaşdırılmış artım bizə dünyada bu seqmentdə birinci yer tutmağa imkan verəcək", - Fedotov qeyd edib.

Bundan əvvəl internetdə şayiə yayılmışdı ki, Cənubi Koreyanın "Samsung Electronics" konserni Finlandiyanın mobil telefon istehsalçısı "Nokia"nı almağı nəzərdən keçirir. Bu gün "Samsung" mobil qurğular bazarında "Nokia"dan sonra ikinci oyunçudur.

İndi "Nokia" öz tarixində ən güclü böhranı yaşayır. Bir həftə əvvəl Finlandiya şirkətinin investorlarını reytinq agentliklərinin ürəkaçmayan proqnozları dəhşətə gətirib. "Fitch Ratings" "Nokia"nın reytinqini iki pillə aşağı salaraq qeyd edib ki, onun mobil telefonlar bazarında payı kəskin azalıb və şirkətə əvvəlki vəziyyətinə gəlmək üçün vaxt lazım olacaq.

Cari ilin martında "Nokia" səhmlərinin uzunmüddətli reytinqini azaldıb və "Standard & Poor's" agentliyi qeyd edib ki, şirkət "Microsoft"un bazasında "Windows Phone 7" smartfonlarının buraxlışına başlamayanadək, şirkəti zəif əməliyyat mənfəəti və gələcəkdə bazarda payının azalması gözləyir. Bundan başqa, "Moody's" agentliyi də "Nokia"nı reytinqi aşağı düşəcək potensial namizədlər sırasına daxil edib.

Xəbər lenti

Xəbər lenti