...

Azercell-dən şəbəkəxarici zənglərə 50 faiz endirim

Telekommunikasiya Materials 15 Noyabr 2012 17:56 (UTC +04:00)
"Azercell Telekom" MMC şəbəkəxarici zənglərə endirim kampaniyasına başlayıb. İndi "Azercell" abunəçiləri 50% endirimlə şəbəkəxarici zənglər edə biləcəklər.
Azercell-dən şəbəkəxarici zənglərə 50 faiz endirim

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

"Azercell Telekom" MMC şəbəkəxarici zənglərə endirim kampaniyasına başlayıb. İndi "Azercell" abunəçiləri 50% endirimlə şəbəkəxarici zənglər edə biləcəklər. Sözügedən kampaniyadan həm SimSim, həm də Azercell Fakturarlı Xətt abonetləri yararlana biləcəklər.

Şirkətdən Trend-ə verilən məlumata görə, noyabrın 16-dan dekabrın 20-dək davam edəcək kampaniyaya abunəçilər avtomatik qoşulacaq. Abunəçilər şəbəkəxarici 50% endirim kampaniyasından yalnız ölkədaxili zənglər üçün istifadə edə biləcəklər. Eyni zamanda, GəncSim və Bölgə tarifində olan abunəçilər də avtomatik olaraq bu kampaniyada iştirak edəcəklər.

"Tələbə 1-liyi" tarifindən istifadə edən abunəçilər bu kampaniyadan yararlana bilməyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti