Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir A.Tağıyeva/
Türkiyə dekabrın 18-də buraxılan "Göktürk-2" peykindən məlumatları əldə etməyə başlayıb. Trend-in çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin elm, sənaye və texnologiyalar naziri Nihat Ergün bildirib.
Onun sözlərinə görə, Türkiyə ərazisindən ilkin məlumatlar Antalya əyalətinin şəkilləridir, xarici ərazilərin ilkin şəkilləri isə Yeni Zelandiyaya məxsusdur.
"Göktürk-2" peyki sutkada 4 dəfə Türkiyə ərazisi üzərindən uçur və ölkənin istənilən nöqtəsinin çəkilişini apara bilər.