...

Azərbaycanda 42 mindən çox radioelektron vasitə qeydiyyata alınıb

Telekommunikasiya Materials 12 Sentyabr 2013 12:19 (UTC +04:00)
1 sentyabr 2013-cü il tarixinədək Dövlət Radiotezliklər İdarəsində (DRİ) 380 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır.
Azərbaycanda 42 mindən çox radioelektron vasitə qeydiyyata alınıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir H.Vəliyev/

1 sentyabr 2013-cü il tarixinədək Dövlət Radiotezliklər İdarəsində (DRİ) 380 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır.

Trend DRİ-nin rəsmi saytına istinadən məlumat verir ki, onlardan 73 istifadəçi dövlət, 254 istifadəçi kommersiya, 25 istifadəçi xarici təşkilat, 28 istifadəçi isə fiziki şəxsdir.

İlin müvafiq dövrü ərzində 3124 ədəd radioelektron vasitə (REV) DRİ-də qeydiyyata alınıb. İdarədə qeydiyyatda olan REV-in ümumi sayı 42 087 ədəd təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti