Azərbaycan, Bakı, 8 yanvar / Trend, müxbir R.Hafizoğlu /
Yaponiya "Türksat 4А" peykini Türkiyəyə verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Anadolu" agentliyi xəbər yayıb.
Agentliyin yazdığına görə, mərasimdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və energetika və təbii sərvətlər naziri Taner Yıldız iştirak ediblər.
"Türksat 4А" peyki bu il fevralın 15-də orbitə buraxılacaq. Peyk Yaponiyanın "Mitsubishi Electric" şirkəti tərəfindən yaradılıb.
Türkiyənin ilk "RASAT" kəşfiyyat peyki 2011-ci ildə buraxılıb.
2016-cı ildə "Türksat 5A" peykinin istismara veriləcəyi gözlənilir.