...

Nömrəsini "Bakcell" şəbəkəsinə daşıyan ilk 10 abunəçi mükafatlandırııb (FOTO)

Telekommunikasiya Materials 25 Fevral 2014 16:42 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti öz nömrəsini "Bakcell" şəbəkəsinə daşıyan ilk 10 abunəçini mükafatlandırıb.
Nömrəsini "Bakcell" şəbəkəsinə daşıyan ilk 10 abunəçi mükafatlandırııb (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti öz nömrəsini "Bakcell" şəbəkəsinə daşıyan ilk 10 abunəçini mükafatlandırıb.

Mobil Nömrə Daşınması (MND) xidməti istifadəyə veriləndən sonra "Bakcell" şəbəkəsinə qoşulan 10 şanslı abunəçi ilə "Bakcell"in Müştəri Xidmətləri Mərkəzində təşkil olunan görüşdə onlara hədiyyələr təqdim olunub.

"Bakcell"in korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib: "MND prosesinə start verildiyi gündən biz mobil rabitə istifadəçiləri tərəfindən Bakcell şəbəkəsinə böyük maraq müşahidə edirik. Bu xidmətdən yararlanmaq istəyən abunəçilərin sayı gündən-günə artır".

Fevralın 1-dən etibarən "Bakcell" şirkəti Müştəri Xidmətlərində və "Bakcell-IM"lərdə MND prosesi əsasında müvafiq xidmətləri təqdim etməyə başlayıb. Xidmət pulsuzdur. Mərkəzlərin ünvanlarını bu linkdə görmək olar: http://mnd.bakcell.com/az/mnd/Mobile_Number_Portability

MND prosesi və mobil nömrənin "Bakcell" şəbəkəsinə daşınması haqqında ətraflı məlumatı mnd.bakcell.com saytından və ya 055 800 00 55 nömrəsinə zəng vurmaqla əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti