...

Azərbaycanla Çin arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib

Telekommunikasiya Materials 23 Aprel 2014 15:45 (UTC +04:00)
Çin Xalq Respublikasının “Global times” qəzetinin baş redaktoru, tanınmış jurnalist Hu Xijinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşdur.
Azərbaycanla Çin arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Çin Xalq Respublikasının "Global times" qəzetinin baş redaktoru, tanınmış jurnalist Hu Xijinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşdur.

Agentliyin baş direktoru Aslan Aslanov AzərTAc-ın yaranma tarixi, keçdiyi inkişaf yolu və beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermişdir.

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın inkişaf yoluna çıxdığından, Ulu Öndərin AzərTAc-a diqqət və qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlardan danışan baş direktor vurğulamışdır ki, son illər Azərbaycanın nüfuzu dünyada xeyli yüksəlmiş, respublikamız regionun lider dövlətinə çevrilmişdir. Bu uğurlar artıq dünya informasiya məkanına çıxmış AzərTAc-ın beynəlxalq əlaqələrinin daha da genişlənməsi baxımından yeni imkanlar açmışdır.

AzərTAc ilə Çinin Sinxua agentliyi arasında sıx əlaqələrin olduğunu söyləyən A.Aslanov hər iki qurumun nüfuzlu beynəlxalq informasiya təşkilatlarında uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır. Beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Xəbər Agentliklərinin V Dünya Konqresinin 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarların qəbulunda Sinxua agentliyinin AzərTAc-a dəstəyi xüsusi vurğulanmışdır.

Azərbaycanın siyasi sabitliyi, demokratiyanı və tolerantlığı özündə birləşdirən nadir ölkələrdən biri olduğunu vurğulayan "Global times" qəzetinin baş redaktoru Hu Xijin respublikamızın bu sahədə bir çox dövlətə nümunə ola biləcəyini qeyd etmişdir. O, rəhbərlik etdiyi qəzetlə AzərTAc arasındakı əməkdaşlıq və xəbər mübadiləsi imkanlarından danışmışdır.

Qonağın diqqətinə çatdırılmışdır ki, bu yaxınlarda AzərTAc-da Çin dilində xəbərlər buraxılacaqdır. Bu baxımdan AzərTAc ilə Çin KİV-ləri, o cümlədən "Global times" qəzeti ilə əməkdaşlıq əlaqələrinin önəmi vurğulanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti