...

Azərbaycanda 400-dən artıq qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

Telekommunikasiya Materials 5 Dekabr 2014 11:11 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən cari ilin 11 ayı ərzində müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 440 ədəd İdarədə qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlanıb.
Azərbaycanda 400-dən artıq qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən cari ilin 11 ayı ərzində müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 440 ədəd İdarədə qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlanıb.

Trend DRİ-yə istinadən məlumat verir ki, göstərilən dövrdə İdarə müəssisə və təşkilata texniki baxış əsasında 790 akt tərtib edib.

Aşkar edilmiş qeydiyyatdan keçməyən REV-dən 270 ədədi möhürlənib, 129 ədədi qeydiyyata salınıb və 41 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 323 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti