...

“Hərkəs üçün eyni ölçü“ alış-veriş təcrübəsi artıq sizin işinizi irəli apara bilməyəcək

Telekommunikasiya Materials 18 Sentyabr 2018 15:45 (UTC +04:00)
“Microsoft” Pərakəndə Satış və Rəqəmsal Transformasiya üzrə regional Virtual Sammitinə ev sahibliyi edəcək
“Hərkəs üçün eyni ölçü“  alış-veriş təcrübəsi artıq sizin işinizi irəli apara bilməyəcək

Bakı. Trend:

Sentyabrın 27-də “Microsoft” şirkəti bütün Şərqi Avropa ölkələrinin nümayəndələrinin bir yerə toplaşacağı Satış və Rəqəmsal Transformasiya üzrə regional Virtual Sammitinə ev sahibliyi edəcək.

Şirkətdən Trend-ə verilən məlumata görə, tədbir son onilliyin ən aktual mövzusuna toxunacaq:

“Rəqəmsal Transformasiya” - müştərilərin gözləntilərinə necə cavab vermək və fərdi omnikanal yanaşması ilə öhdəliyi və marağı necə artırmaq olar mövzularını

Tədbir zamanı “Microsoft“ şirkətinin ekspertləri Rəqəmsal Transformasiyanın kütləvi fərdiləşdirmə, omnikanal təcrübəsi, süni intellect və maşın təlimi kimi bazarın son tendensiyalarını necə formalaşdıracağını müzakirə edəcəklər. Sammitdə biznes müəssisələrin əməliyyatların optimallaşdırılması, müştəri təcrübəsi (sadiqlik proqramı), kütləvi fərdiləşdirmə, tanınma), satış və marketinq (tələbatın proqnozaşdırılması da daxil olmaqla) merçandayzinq (rəflərin idarə olunması, in-store optimallaşdırma) və logistika (anbarın idarə olunması, inventara nəzarət) üçün ən son innovasiyaların necə istifadə edə biləcəyi barədə faydalı məlumatlar veriləcək.

Mərkəzi və Şərqi Avropa regionunda “Modern Workplace”-in qrup rəhbəri Maşa Melkova bildirib:

“Bu gün pərakəndəçilər inkişaf etmək üçün daha çox çalşmalıdırlar. Uğur qazanmaq üçün, pərakəndəçilər bizim real və rəqəmsal həyatımızı əhatə edən fərqli və fərdiləşdirilmiş təcrübə yaratmalıdırlar”.

Virtual Sammit Microsoft satış tərəfdaşları və Mərkəzi və Şərqi Avropadan 21 ölkə nümayəndələri üçün açıq olacaq: Sloveniya, Albaniya, Xorvatiya, Bosniya və Hersoqovina, Serbiya, Monteneqro, Bolqarıstan, Kosova, Makedoniya, Ukrayna, Moldova, Estoniya, Litvaniya, Latviya, Gürcüstan, Ermənistan, Azərbaycan, Belarusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan.

Qeydiyyatdan keçmək üçün link-ə daxil olun. Qeyd edək ki, sammitin rəsmi dili İngilis dilidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti