...

Qarabağ və Şərqi Zəngəzurda göstərilən rabitə xidmətlərinin dəyəri 5 milyon manatı ötüb

Telekommunikasiya Materials 2 Dekabr 2025 14:07 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurda göstərilən rabitə xidmətlərinin dəyəri 5 milyon manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında göstərilən informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 5,5 milyon manat təşkil edib.

Trend Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz azdır.

Cari ilin ilk doqquz ayı ərzində Qarabağ iqtisadi rayonu üzrə informasiya və rabitə sahəsində 5,287 milyon manat dəyərində xidmət göstərilib. Bu isə illik müqayisədə 15,4 faiz azalma deməkdir.

Dövr ərzində Şərqi Zəngəzur iqtisadi rayonu üzrə informasiya və rabitə xidmətlərinin dəyəri illik müqayisədə 34,2 faiz artaraq 222,7 min manat olub.

Qeyd edək ki, hesabat dövründə ümumilikdə ölkə üzrə informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 2,746 milyard manat təşkil edib ki, bu da ötən ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə6,9% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti