...

Azərbaycan nümayəndə heyəti TAE magistralının çəkillməsi ilə bağlı danışıqlar aparmaq üçün Qazaxıstana yola düşəcək

Telekommunikasiya Materials 18 May 2006 12:15 (UTC +04:00)

Mayın sonunda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Aztelekom İB nümayəndələrindən ibarət heyət işgüzar səfərlə Qazaxıstana yola düşəcək. İB nümayəndəsi Məhəmməd Məmmədovun Trend ə verdiyi məlumata görə, Qazaxıstanda Xəzərin dibi ilə Trans-Asiya-Avropa (TAE) fibrooptik magistralının bir hissəsinin çəkilməsi ilə bağlı danışıqlar aparılacaq.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycanın öz təklifləri var və bunları baxılmaq üçün Qazaxıstan tərəfinə təqdim edəcək. Mühüm faktlardan biri isə odur ki, Azərbaycanın belə kabel çəkə bilən gəmisi var.

Kabelin çəkilmə prosesi iki - Batumi-Rizə və Siyəzən-Aktau istiqamətlərində aparılmalıdır. Layihənin gerçəkləşdirildiyi təqdirdə Azərbaycan əsas tranzit ölkəyə çevriləcək və Qərbi Avropa, Orta Asiya və Çinlə sürətli əlaqə mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti