...

Azərbaycanın Caspel şirkəti Wi-Max və Wi-Fi xidmətini tətbiq edəcək

Telekommunikasiya Materials 6 Mart 2007 14:30 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/3Com şirkətinin rəsmi partnyoru olan Azərbaycanın Caspel şirkəti Wi-Max və Wi-Fi İnternet xidmətlərinin tətbiqinə başlamağı planlaşdırır. Bu barədə bu gün şirkətin baş meneceri Mübariz Piriyev məlumat verib.

Onun sözlərinə görə, şirkət xidmətləri 2007-ci ildə tətbiq etməyə ümid edir. Wi-Fi - (Wireless Fidelity) - rəqəmli məlumatların IEEE 802.11b radiokanallar vasitəsilə ötürülməsi formatlarından biridir. İstifadəçilərin internetə kollektiv qoşulmasının təşkilinə imkan verən bu texnologiya dünyada məşhurdur. Bu texnologiyanın bazasında istənilən mehmanxana, kafe, restoran və ya biznes mərkəzi müştərisi internet şəbəkəsinə mobil qoşulma və sərbəst yerdəyişmə imkanını əldə edir (xot-spot sərhədində). İstənilən Wi-Fi modulu ilə təchiz olunmuş portativ kompüter sahibi ayrılmış xəttin (11 Mbit/san-yə qədər) ötürücülük qabiliyyəti gücü ilə müqayisə edilən sürətlə internetə qoşula bilər. Bununla yanaşı İnternet şəbəkəsinə qoşulmada modem və simlərdən istifadə olunmur. Bu da istifadəçilərin internetə qoşulmasını əhəmiyyətli dərəcədə sadələşdirir.

Wi-Max (Worldwide Interoperability for Microwave Access) simsiz rabitənin kommersiya "adıdır". Bu, 2003-cü ildə qəbul olunub və onlarla məşhur şirkətin daxil olduğu sənaye qrupu tərəfindən dəstəklənib.

Xəbər lenti

Xəbər lenti