...

"Azercell Telecom" və "Reuters Foundation" jurnalistlər üçün treyninq keçirir

Telekommunikasiya Materials 18 İyun 2007 20:56 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend / Azərbaycanın mobil operatoru "Azercell Telecom"un dəstəyilə iyunun 18-də yerli jurnalistlər üçün treyninq məşğələlərinə başlanılıb. Şirkətin mətbuat xidmətinin məlumatına görə, "Azercell" və Londonda yerləşən "Reuters Foundation" şirkəti jurnalistlər üçün "İşgüzar xəbələrin işıqlandırılması" mövzusunda treyninq keçirir. Bu kurslar "İnkişafı paylaşmaq platformu" çərçivəsində keçirilir və işgüzar və maliyyə xəbərlərinin işıqlandırılmasına həsr olunub.

18-22 iyun tarixində "Avropa" otelində keçiriləcək treyninqdə "Reuters" agentliyinin keçmiş müxbirləri, "Reuters Foundation" şirkətinin indiki əməkdaşları Oiver Ueytes və Anatoli Vebrin işgüzar və maliyyə xəbərlərinin hazırlanması ilə bağlı jurnalistlər üçün praktiki məşğələlər keçirəcəklər.

Xəbərlərin hazırlanması ilə yanaşı şirkətlərin nailiyyətlərinin düzgün təqdim edilməsi, rəqəmlərin dəqiqləşdirilməsi, tariflərin nizamlanması, iqtisadi nailiyyətlərin, hüquqi aspektlərin başa düşülməsi, kiçik və orta biznes və digər mövzularda tapşırıqlar və təqdimatlar keçiriləcək. Treyninq Azərbaycan və rus dillərində aparılır. Treyninqdə iştirak üçün 100 jurnalist ərizə təqdim edib. Treyninqin açılışında "Azercell Telecom"un korporativ əlaqələr və sosial məsuliyyət şöbəsinin rəhbəri Kamilə İsayeva iştirk edib.

otnoşeniy i soüialğnoy otvetstvennosti Azercell Telecom Kamila İsaeva.

Xəbər lenti

Xəbər lenti