...

Azərbaycanın təhsil sahəsində İKT-nin tətbiqi ilə bağlı tövsiyələr hazırlanır

Telekommunikasiya Materials 27 İyul 2007 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / "Təhsildə İKT-nin tətbiqi ilə bağlı tövsiyələrin hazırlanması" layihəsi  çərçivəsində işçi qrupun toplantısında Azərbaycanın təhsil sahəsində IT tətbiqi məsələləri müzakirə olunub. Multimediya Mərkəzi QHT-sinin verdiyi məlumata görə, görüşdə iştirakçılar sənəd layihəsinin hazırlanması istiqamətində  müzakirələr  aparıblar.

Hazırda ölkənin təhsil  sistemində müxtəlif layihələr  və  Dövlət Proqramları  çərçivəsində  İKT-nin tətbiqi istiqamətində müəyyən işlər  görüldüyü  bir  məqamda  bu cür sənədə ciddi  ehtiyac var. Dövlət  Proqramları   qəbul  edilərkən, prioritetlər  müəyyənləşdirilərkən bu  tip  sənədlərin olmaması müəyyən  problemlər  yaradacaq.

Müzakirələr zamanı təhsildə İKT-nin tətbiqində  əsas məqsəd  və  vəzifələrin, istiqamətlərin, real  vəziyyətdən asılı olaraq prioritet  sahələrin, maliyyə əsaslarının,  gözlənilən nəticələrin və monitorinq  sisteminin hazırlanacaq tövsiyələrdə  konkret  qeyd olunmasının  vacibliyi  bildirilib.

Təhsildə  İKT-nin  tətbiqi ilə  bağlı ümumi  tövsiyələrdən ibarət  Layihənin ilkin  variantının hazırlanmasında bütün  maraqlı  tərəflərin iştirakı  ilə  müzakirəsinin keçirilməsi məqsədəuyğun hesab edilib.

Toplantıda  Təhsil  Nazirliyinin, İnformasiya Texnologiyaları İnstitutunun, Asiya İnkişaf  Bankının "Təhsildə İKT-nin  tətbiqi" Layihəsinin, AzNet  Layihəsinin və İT şirkətlərinin nümayəndələri, ali  və orta  məktəb müəllimləri və müstəqil ekspertlər  iştirak ediblər.

"Təhsildə İKT- nin tətbiqi ilə bağlı tövsiyələrin hazırlanması"  layihəsi "Təhsil Sektorunun İnkişafı  Layihəsi" çərçivəsində elan edilən müsabiqə əsasında həyata  keçirilir.

Xəbər lenti

Xəbər lenti