...

Y.Mahmudov: Bakının azad olunmasında xalq könüllülərimiz, generallarımız da çox böyük rol oynayıb

Nəzər nöqtəsi Materials 13 Sentyabr 2018 11:38 (UTC +04:00)
Bakının azad olunması, heç şübhəsiz, Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun fəaliyyəti olmaqla yanaşı, həm də Azərbaycan xalqının özünün böyük qəhrəmanlıq göstəricisidir.
Y.Mahmudov: Bakının azad olunmasında xalq könüllülərimiz, generallarımız da çox böyük rol oynayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının azad olunması, heç şübhəsiz, Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun fəaliyyəti olmaqla yanaşı, həm də Azərbaycan xalqının özünün böyük qəhrəmanlıq göstəricisidir.

Trend-in məlumatına görə, bunu AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov "Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi" mövzusunda keçirilən simpoziumda bildirib.

O deyib ki, Bakının azad edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm hadisədir.

Y.Mahmudov qeyd edib ki, uzun zaman Azərbaycan Şirvanşahlar dövlətinin mərkəzi olmuş Bakı 1918-ci ildə yenidən paytaxt statusu aldı.

Tarixçi alim bildirib ki, Azərbaycan və türk hərbi qüvvələri 1918-ci ildə erməni-bolşevik dəstələrinə qarşı birgə savaşıblar: “Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən işğaldan azad edib və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarıb. Nuru Paşanın rəhbərliyi altında olan hərbi qüvvələr Azərbaycan xalqından təcrid olunmuş halda və Azərbaycanın milli hərbi qüvvələri ilə əməkdaşlıq etmədən üzərinə götürdüyü tarixi vəzifələri layiqincə yerinə yetirə bilməzdi. Bakının azad olunmasında Azərbaycan xalqının çox böyük rolu var. Düzdür, o vaxt Osmanlı dövləti bizə kömək etdi, amma o zaman xalqımız da ayağa durdu. Bu hadisədə xalq könüllülərimiz, o cümlədən generallarımız çox böyük rol oynadı. Nuru Paşa uzun hərbi xidmət yolu keçmiş Əliağa Şıxlinskinin təcrübəsinə və onun hazırlıq səviyyəsinə böyük hörmətlə yanaşırdı. Həbib bəy Səlimov isə Əlahiddə Azərbaycan Korpusunun qərargah rəisi və Qafqaz İslam Ordusunun Cənub qrupunun rəhbəri idi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti