...

Tibilisi şəhər məhkəməsində keçmiş müdafiə naziri İrakli Okruaşvilinin işi üzrə məhkəmə prosesi başlayıb

Dünya xəbərləri Materials 16 Noyabr 2007 20:30 (UTC +04:00)

Gürcüstan , Tbilisi Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili ilkin mərhələdə verdiyi ifadələrdən rəsmi surətdə imtina edib .Okruaşvilinin vəkili Eka Beseliya bu gün məhkəmə prosesindən əvvəl bildirib ki, keçmiş nazirin imzası ilə faks alıb. Okruaşvili məhkəmədən tələb edir ki, onun əleyhinə yönələn ifadələrə baxılmasın. Tbilisi şənər məhkəməsində Puxaşvilinin sədrliyi ilə aparılan prosesdə Okruaşvili iki məsələdə - Gürcüstan ordusuna yararsız hərbi sursatın alınmasında, "Djeosell" kompaniyasının biznesmeni Camal Svanidzenin şirkətdəki paylarının zorla ələ keçirilməsində günahlandırılır.

Okruaşvili prosesə gəlməyib.Cümə günü o, ücüncü məsələ- vəzifəsindən sui - istifadə etməsi- ilə ələqədar ifadə verməyə gəlmədiyindən, axtarışa verilib.Bu günkü prosesdə Gürcüstan prezidentinin keçmiş mətbuat katibi Dmitri Kitoşvili iştirak edib. Keçmiş nazir Svanidzenin paylarını onun vasitəsilə ilə əldə edibmiş.

Xəbər lenti

Xəbər lenti