...

Viktor Yuşşenko növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləmir

Dünya xəbərləri Materials 27 Dekabr 2008 05:06 (UTC +04:00)
Viktor Yuşşenko növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləmir

Ukrayna prezidenti Viktor Yuşşenko hazırki vəziyyətdə növbədənkənar parlament seçkilərini keçirməyə lüzum görmür. Bunu o şənbə günü gecə "İnter" kanalının efirində deyib.

Əvvəllər bildirilirdi ki, Yuşşenko bu ilin oktyabrında parlamenti buraxaraq 2008-ci ilin dekabrına növbədənkənar parlament seçkilərini təyin edib. Lakin sonra ölkədəki iqtisadi böhrana görə qərarının icrasını qeyri-müəyyən müddətə dayandırıb.

"Növbədənkənar parlament seçkilərinin keçirilməsində təkid etməyəcəm. Bu gün parlamentə toxunmaq olmaz. Biz bu gün parlamentdə bir-birimizi başa düşmək iqtidarındayıq", - deyə Yuşşenko vurğulayıb.

O xatırladıb ki, altı aydan sonra Ali Radanı buraxa bilməyəcək. Çünki ölkə konstitusiyasına görə prezident seçkilərinə altı ay qalmış prezident parlamenti buraxa bilməz. Ukraynada prezident seçkiləri 2009-cu ilin sonunda (yaxud da parlametin qərarından asılı olaraq 2010-cu ilin əvvəllində) keçiriləcək. (RİA Novosti).

Xəbər lenti

Xəbər lenti